Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar sabah - sentyabrın 4-də fətva verəcək.
Teleqraf.com xəbər verir ki, Hicri-qəməri təqvimi ilə 1439-cu il başa çatır. Yeni, 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə sentyabr ayının 11-nə təsadüf edir.
Bu il Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadagan edildiyi aylardandır. Bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Faciəli hadisə Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada baş verib.