Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər azalaraq sanitar normadan 2,8 dəfə yuxarı olduğu qeydə alınıb.
Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.
Qeyd edək ki, bu göstərici saat 15:00-da 3,6 dəfə sanitar normadan yuxarı olub.
Xatırladaq ki, buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.