Estoniyanın Dövlət Radiosunda Azərbaycan şöbəsi fəaliyyətə başlayıb.
“Estoniya – Azərbaycan” Mədəniyyət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan şöbəsinin hazırladığı proqram həftədə bir dəfə yerli dildə yarım saatlıq verilişlə Estoniya Dövlət radiosunda çıxış edir.
Azərbaycan diasporunun Estoniya dövləti ilə apardığı danışıqlar nəticəsində yaranan, Sənəmxanım Əliyevanın rəhbərlik etdiyi şöbənin hazırladığı veriliş Azərbaycan tarixi, ölkənin hazırkı inkişaf gücü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqlar və sair mövzuda yayımlanır. Verilişin buraxılışlarında Azərbaycan mədəniyyəti və adət - ənənələrinə də geniş yer verilir. Azərbaycan şöbəsinin hazırladığı verilişlər artıq qısa zamanda geniş oxucu rəğbətinin qazandığı da bildirilir.