7 Sentyabr 2018 15:49
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” Təhsil Şirkətinin 2017-2018-ci tədris ilindəki fəaliyyətinin yekunlarına həsr edilən tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva bu qurumun inkişaf mərhələlərindən, təhsil sahəsində həyata keçirilən layihələrdən, qazanılan uğurlardan danışıb.

Müasir dünyada təhsilin mühüm rolunu vurğulayan S.Vəliyeva bu sahənin inkişafı ilə bağlı fikirlərini bildirib.

Tədbirdə şirkətin “Kaspi Abituriyent” kursları, Kaspi liseyləri və digər xidmətlərinin nəticələri haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarında “Kaspi”nin məzunu Nərmin Balakişiyeva 700 bal, Firudin Heydərov isə 695 bal toplayaraq Prezident təqaüdçüsü olublar.

Ümumilikdə isə “Kaspi Abituriyent” kurslarının ali məktəblərə qəbul nəticəsi 96 faiz təşkil edib. Belə ki, 26 abituriyent qəbul imtahanlarında 600-dən, 72 abituriyent 500-dən, 112 abituriyent 400-dən yuxarı bal toplayıb.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər və onların valideynləri ölkəmizdə təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışıblar.

Sonda qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə və onların müəllimlərinə “Kaspi” Təhsil Şirkəti tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Kaspi” Təhsil Şirkəti 2007-ci ildə xarici dillərin tədrisi ilə məşğul olan mərkəz kimi fəaliyyətə başlayıb. Ötən 11 ildə bu qurum fəaliyyətini genişləndirərək iki lisey, beş uşaq bağçası, 11 filial, 11 yerli nümayəndəlik açıb və “şirkət” statusunu qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər