20 Avqust 2014 11:04
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəriqaz İstehsalat Birliyinin bütün işçilərinə saat 13:00-dan 16:00-a qədər açıq havada çalışmalarına qadağa qoyulub.

Məsələyə aydınlıq gətirən Azəriqaz İB-nin mətbuat sözçüsü Araz Ağayev faktı təsdiqləyərək bildirib ki, avqust ayının 18-dən etibarən Azəriqaz İstehsalat Birliyinin bütün tabeli təşkilatlarının rəhbərlərinə bununla bağlı telefonoqram göndərilib.

“Telefonoqram havaların anomal isti keçməsi və “Ekologiya və Təbii Sərvətlər Nazirliyi”nin Milli Hidrometroloji Departamentinin proqnozları ilə bağlıdır. Bunu nəzərə alaraq Azəriqaz işçilərinə açıq hava şəraitində həyata keçirilən işlərin minimuma endirilməsi cə zərurət yarandığı təqdirdə işçilərin günəş şüalarının təsirindən qorunması tapşırılıb. Əmək məcəlləsinin 233-cü maddəsində nəzərdə tutulmuş tələblər nəzərə alınaraq havanın temperaturu 41 dərəcədən çox olduqda işçilərə açıq havada işləməyə icazə verilmir”.

/modern.az/


Müəllif:

Oxşar xəbərlər