10 Sentyabr 2018 10:11
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nı genişləndirib.

Teleqraf.com xəbər verir ki, Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na 2 yeni dərman adı əlavə edilib.

Həmin dərmanlar Mestinon (beynəlxalq patenləşdirilmiş adı Pyridostigmine bromide) və Kalium xloriddir (beynəlxalq patenləşdirilmiş adı Potassium chloride 7,5%).

Bu əlavələr edildikdən sonra siyahıdakı dərman adlarının sayı 103-ə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər