20 Avqust 2014 11:52
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada start götürən və ağır sinir sistemi xəstəliyi kimi bilinən ALS-dən əziyyət çəkənlərə yardım məqsədilə keçirilən xeyriyyə kampaniyasına azərbaycanlı müğənni Emin Ağalarov da qoşulub.

Teleqraf.com xəbər verir ki, şərtlərə əsasən kampaniyaya qoşulan şəxs ya başından aşağı buzlu su tökülməsinə, ya da 100 dollarlıq yardım etməyə razı olmalıdır. Bu dəfə Emin Ağalarov oğlanları Əli və Mikayılın iştirakı ilə kampaniyaya qoşulub. Sergey Lzarevdən estafeti alan müğənni qaydalara uyğun olaraq həmkarları Stas Mixaylov, Ani Lorak və Lobodanı kampaniyaya qoşulmağa dəvət edib.

Qeyd edək ki, daha əvvəl başlarından buzlu su tökdürərək bu kampaniyada Mark Zuckerberg, Bill Qeyts, Britni Spirs, Ledi Qaqa, Ronaldo, Selena Gomez, Cenifer Lopez kimi məşhurlar iştirak ediblər. Ən maraqlı dəvət isə Castin Biber tərəfindən edilib. O, ABŞ prezidenti Barak Obamanı kampaniyaya qoşulmağa çağırıb.


Müəllif:

Oxşar xəbərlər