Yeni tədris ilinə hazırlıq çərçivəsində paytaxtın təhsil müəssisələrində dərsliklər paylanılmasına başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, valideynlər müvafiq təhsil müəssisələrinə yaxınlaşaraq dərslikləri əldə edə bilərlər.
2018-2019-cu tədris ili ilə əlaqədar dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.