11 Sentyabr 2018 17:29
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ təhsil proqramları məzunlarının təşəbbüsü və ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə 2-8 sentyabr tarixlərində “Azərbaycan Oğlanların İnnovasiya Düşərgəsi” təşkil edilib.

Teleqraf.com xəbər verir ki, düşərgənin yaradılmasında məqsəd məktəbli gənclərin informasiya-kommunikasiya texnologiyaları istiqamətində məlumatlarının artırılması və onlara biznes bacarıqlarının aşılanmasıdır.

Düşərgədə ölkəmizin Gəncə, Mingəçevir, Şəki, İsmayıllı və Qəbələ bölgələrindən olan gənclərə - icma problemlərinin üzə çıxarılması və onların biznes xarakterli həll yollarının tapılması, startapların yaradılması və idarə edilməsi, proqramlaşdırma, elektronika mühəndisliyi və bizneslərin maliyyə mənbələrinə çıxışı mövzularında təlimlər keçirilib.

Düşərgə müddətində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif əyləncəli oyunlar təşkil edilib. Futbol, voleybol, basketbol və komanda ruhunun gücləndirilməsi istiqamətində fərqli fəaliyyətlər həyata keçirilib. Düşərgədən sonra da iştirakçıların davamlı əlaqədə olması, qazandıqları yeni bilik və təcrübələri bir-birilə bölüşməsi, birgə yaradıcı təşəbbüslərlə çıxış etməsi və uğur hekayələrini paylaşması üçün düşərgənin “Facebook” (“Azerbaijan Boys Innovation Camp”) səhifəsi yaradılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər