2018/2019-cu tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncama əsasən tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və Prezident təqaüdünə layiq görülən tələbələrin ali məktəblər üzrə sayı məlum olub.
Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülən 26 tələbə Ali Məktəbin (BANM) tələbəsi olub. Bu göstərici BANM-ı ölkə universitetləri arasında Prezident təqaüdçülərinin sayına görə lider edib.
Prezident təqaüdçülərinin sayına görə ali məktəblərin statistikasını sizə təqdim edirik.
№ | Ali Məktəbin adı | nəfər |
1 | Bakı Ali Neft Məktəbi | 26 |
2 | Azərbaycan Tibb Universiteti | 24 |
3 | Azərbaycan Dövlət İqtisad Universiteti | 18 |
4 | Bakı Dövlət Universiteti | 12 |
5 | ADA Universiteti | 11 |
6 | Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası | 8 |
7 | Polis Akademiyası | 1 |
8 | Naxçıvan Dövlət Universiteti | 1 |
9 | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - UFAZ | 1 |
Xatırladaq ki, qəbul imtahanlarında I ixtisas qrupu üzrə 700 bal toplamış 13 nəfər abituriyent də BANM-ın tələbəsidir. Bir qrup üzrə bütün 700 ballı tələbələrin yalnız bir ali məktəbi – BANM-ı seçməsi də rekord göstəricidir.