Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Tovuzda vətəndaşlarla görüşüb.
Görüş zamanı Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından 14 sakinin müraciətinə baxılıb. Müraciətlər əsasən həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağrılanların övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri məsələsində kömək göstərilməsi ilə bağlı olub.
Qəbul zamanı irəli sürülən bəzi məsələlərin yerindəcə həll ilə bağlı əlaqədar qurumların rəhbərlərinə tapşırıqlar verilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata götürülüb.
/Türkel TV/