13 Sentyabr 2018 22:13
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədəbi tənqidçi Əsəd Cahangirin səmimi sözə aidiyyəti yoxdur.

Bunu Teleqraf.com-a açıqlamasında yazıçı Şərif Ağayar deyib:

“Əsəd Cahangir ciddiliyini itirib, onu nə insan, nə tənqidçi kimi ciddiyə alıram. Müsahibəsini sizin sorğuya görə oxudum. Bu da eyni qəbildən manıs təfəkkürlü söhbətdir. Getsin, mədhiyyələrini yazsın. Azad, ləyaqətli, səmimi sözə onun zərrəcə dəxli yoxdur”.

Qeyd edək ki, ədəbi tənqidçi Əsəd Cahangir Teleqraf.com-a müsahibəsində yazıçı Şərif Ağayarın ədəbi yaradıcılığını tənqid edib.

O, yazarı ciddi qəbul etmədiyini bildirib: “Bütün özünütəqdim formaları ilə o yazıçı rolu oynayan, özünə yazıçı taleyi, yazıçı bioqrafiyası düzəldən adam təsiri bağışlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər