Evli kişi pulsuz və telefonsuz qaldı
Dünən Bakıda evli kişi Jumeirah otelində əylənməyi qərara alıb, bu gün isə tamamən məyus olub. Sabunçu rayonunda qarət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, vesti.az-a bu barədə Sabunçu rayon Polis İdarəsindən bildiriblər.
Səhər 14-cü Polis Bölməsinə İlyas Məmmədov (ad etik normalara görə dəyişdirilib) müraciət edərək bildirib ki, bu gecə müəyyən məbləğ müqabilində onunla gecə keçirəcək fahişə ilə tanış olub. Cütlük bərabər Bilgəh qəsəbəsində yerləşən Jumeirah otelinə gedib.
Ehtiraslı gecədən sonra Məmmədov uşaq kimi yuxuya gedib. Oyandıqda isə tərəf müqabilini yanında görməyib. Fahişə onu qarət edərək 1000 manat pulunu və mobil telefonunu oğurlayıb
Qarətdə şübhəli bilinən qadının kimliyi müəyyən edilməyib. Bu istiqamətdə iş aparılır. Qeyd edək ki, fahişələrin müştəriləri soyması hadisələri tez-tez rastlanan haldır.