Asiya İnkişaf Bankı (AİB) 2019-2021-ci illərdə Azərbaycan üçün kreditin həcmini 815 milyon dollar müəyyən edib.
Teleqraf.com xəbər verri ki, 3 illik biznes planına əsasən AİB Azərbaycana 3 kredit müddəti təsdiq edib.
Bank hesabda Azərbaycan üçün 2019-cu ildə 250 milyon, 2020-ci ildə 265 milyon, 2021-ci ildə isə 300 milyon vəsaiti qeydiyyata alacaq.
Həmçinin bank ölkəmizə texniki təchizata yardım üçün 1,5 milyon dollar da yardım edəcək.
Azərbaycan AİB-ə 1999-cu ildən üzvdür və bu günə qədər bank ölkəmizə 4 milyard dollar kredit ayırıb.