15 Sentyabr 2018 22:15
3 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Nizami Gəncəvinin Azərbaycana aidiyyəti yoxdur.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə şair Güntay Gəncalp çıxış edib.

O, Nizaminin Sasani millətçisi olduğunu bildirib:

“Nizaminin türk dili ilə nə əlaqəsi var? O, türk dilinin şairi deyil, fars dilinin şairidir. Xəqani da fars dilinin şairi olub. Şairin vətəni yaşadığı ölkə deyil, şairin vətəni yazdığı dildir. Çünki əbədiyyəta qədər yazdığı dilin içində onun xatirələri yaşayır.

Nizaminin də bizimlə heç bir əlaqəsi yoxdur. Nizami radikal Sasani millətçisi olub. Türk dili ilə onun əlaqəsi olmayıb və yoxdur. Əsərlərinin məzmununun əksəriyyəti də, fars dövlətçilik tarixi ilə əlaqədardır.

Bəhram, Xosrov – onlar kimdir? Hamısı Sasani nostalgiyasıdır. Özü də Firdovsi paradiqmasının müdafiəçisidir. Deyirdi ki, mən iranlıyam və İran dünyanın qəlbidir. Firdovsinin uydurduğu İranı deyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər