15 Sentyabr 2018 20:30
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçən prezident təqaüdçülərinin sayı son 4 ildə 18 dəfə artıb.

Bu barədə Teleqraf.com-a UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

2014-2015-ci tədris ilində Prezident təqaüdçülərinin sayı 1 nəfər olduğu halda, 2018-2019-cu tədris ilində bu göstərici 18 tələbəyə yüksəlib. Başqa sözlə, II ixtisas qrupu üzrə prezident təqaüdçülərinin 75 faizi məhz UNEC-ə üstünlük verib.

O da bildirilib ki, UNEC-ə qəbul olan I kurs tələbələrinin sayı ölkə üzrə I kurs tələbələrinin təqribən 8 faizini təşkil etdiyi halda, ölkə üzrə prezident təqaüdçülərinin demək olar ki, 18 faizi UNEC-in payına düşüb.

Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər sırasında prezident təqaüdçülərinin sayına görə UNEC birinci yerdədir.


Müəllif: Səxavət

Oxşar xəbərlər