17 Sentyabr 2018 16:52
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun həmmüəllifliyi ilə Sankt-Peterburqun “Юридический центр” nəşriyyatı tərəfindən rus dilində “Терроризм в России и мире на современном этапе” (Müasir mərhələdə Rusiyada və dünyada terrorçuluq) adlı kitab çapdan çıxıb.

Kitabın digər həmmüəllifləri - hüquq elmləri doktoru, professor, “Antimafiya” fondunun birinci vitse-prezidenti Qolik Yuri Vladimiroviç, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar elm xadimi Korobeyev Aleksandr İvanoviç və hüquq elmləri doktoru, professor Lobaç Dmitri Vladimiroviçdir.

Qeyd edək ki, kitab müasir mərhələdə Rusiyada və dünyada terrorçuluq: ümumi kriminoloji xarakteristika və siyasi-hüquqi cavab tədbirlərinin vəziyyətinə dair analitik məruzədən ibarətdir və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının oktyabrın 8-də “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizəmövzusunda keçirdiyi beynəlxalq konfransa həsr olunub.


Müəllif: Teleqraf.com