21 Sentyabr 2018 11:09
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıətrafı qəsəbələrin su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində, eləcə də magistral kəmər üzərində yenidənqurma işləri, yeni xətlərin çəkilib istifadəyə verilməsi, magistral xətlərin qəzalı hissələrini dəyişdirilməsi nəticəsində suyun kəsilməsi mümkündür.

Bu sözləri Teleqraf.com-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O qeyd edib ki, bununla əlaqədar gecə saatlarından su dayandırılır: “Ceyranbatan- Binəqədi ortaq xəttində suyun verilməsi dayandırılıb, hazırda işlərimiz gedir. Masazırın bir hissəsi, Qurtuluş qəsəbəsi, Binəqədi qəsəbəsi, Binəqədi kəndi, Respublika Dövlət Yol polisi ərazilərində gün ərzində su olmayacaq. Çalışırıq, axşam saatlarına qədər işləri yekunlaşdırıb normal rejimə çıxaq ki, əhali su ala bilsin”.

Mətbuat xidmətinin rəhbəri paytaxt ərazisində suyun tez-tez kəsilməsi məsələsinə də toxunub: “Gün ərzində beş-altı nöqtədə qəza olur. Qəza baş verəndə suyun verilişini dayandırırıq. Bu hal uzunmüddətli olmur,5-6 saat ərzində iş başa çatır.

Böyük qəzalar zamanı mütləq mətbuat vasitəsilə xəbərdarlıq edirik ki, abunəçilər narahatlıq keçirməsinlər. Bəzən hər hansı nasosxanada təmir işi aparırıq, bu zaman 2-3 saat su verilişini dayandırırıq”.

Anar Cəbrayıllı deyib ki, “955” Zəng Mərkəzində bütün məlumatlar var. Orda hər bir qəzanın qeydiyyatı aparılır, qəzalar haqqında məlumat verilir.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər