21 Sentyabr 2018 16:10
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Nəsimi rayonu Mir Cəlal küçəsi əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib.

Teleqraf. com-un xəbərinə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Əsaslı şəkildə yenidən qurulan Mir Cəlal küçəsinin uzunluğu 1.75 km, eni isə 24 m təşkil edir. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə boyu 2 metr enində ayrıcı zolağın ləğv edilməsi ilə küçənin eni 22 m-dən 24 m-ə qədər genişləndirilib.

Layihəyə uyğun olaraq ayrıcı zolaqda yerləşən yüksək gərginlikli elektrik xətləri və dirəkləri təhlükəsizlik baxımından orda yerləşməsi məqsədəuyğun hesab edilmədiyi üçün yolun altına köçürülüb. Bunun üçün aidiyyəti qurum tərəfindən yolun hərəkət hissəsi 5-6 metr enində qazılıb.

Qeyd edək ki, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq Mir Cəlal küçəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər