21 Sentyabr 2018 17:26
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbdə yaranan sıxlıq xeyli şagirdin kənarda qalmasına səbəb olub. Onların arasında birincilər daha çoxluq təşkil edir.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, yeni inşa olunmuş 960 şagird yerlik 28 nömrəli tam orta məktəbin fəaliyyətinin təşkili ilə bağlı müvafiq tədbirlər görülüb: “İlk növbədə məktəbin şagird kontingentinə uyğun olaraq, siniflərin komplektləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirilib və təhsil müəssisəsinin ehtiyac olan müvafiq kadrlarla təmin olunması təşkil edilib.

Öncə məktəbdə ərazi üzrə yaşayan uşaqların qeydiyyatı aparılıb. Müraciətlərin kifayət qədər çox olması baxımından məktəbdə yeni siniflərin komplektləşdirilməsi prosesi davam edir və tədrisin ikinövbəli təşkil olunması nəzərdə tutulur.

Ərazidə yaşayan bütün məktəbyaşlı uşaqların icbari təhsilinin təmin olunması üçün təhsil müəssisəsində hər cür şərait mövcuddur və tədris prosesinin normal şəkildə təşkili üçün bütün zəruri addımlar atılır”.

Qeyd edək ki, mediada Maştağa qəsəbəsindəki 28 nömrəli məktəbdə şagird sıxlığı yarandığı barədə məlumat yayılıb.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər