23 Sentyabr 2018 11:42
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Teleqraf.com xəbər verir ki,bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib: “Hava şəraitinə görə Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti Dəniz vağzalı istiqaməyində nəqliyyatın hərəkətində sıxlıq var. Yollardakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib və hazırda zəruri olan tədbirlər görülür.

Yağışlı hava ilə əlaqədar olaraq Heydər Əliyev prospekti Hava limanı və Zığ dairəsi hava limanı avtomagistralllarında bütün zolaqlar üzrə sürət həddi 20km/saat endirilib.

Sürücülərdən mövcud vəziyyəti və hava şəraitini nəzərə alaraq ehtiyyatlı olmalarını xahiş edirik”.

Qeyd edək ki, səhər saatlarından dayanmadan yağan yağış şəhərdə nəqliyyatın hərəkətində çətinlik yaradıb.


Müəllif: Aytən Yusifova