Bu gün Qazaxıstanın paytaxtı Astana səhərində Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri komissiyasının üçüncü toplantısı keçirilir.
Milli Məclisin deputatı Çingiz Qənizadənin Teleqraf.com-a verdiyi məlumata görə, toplantıda o, və İqbal Ağazadə iştirak edir.
“TÜRKPA-ya üzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması sahəsində fəaliyyətləri” mövzusunda çıxış edən TÜRKPA-nın Hüquq məsələləri komissiyasının üzvü Çingiz Qənizadə hesabat məruzəsinin layihəsini tədbir iştirakçılarına təqdim edib.
Onu da qeyd edək ki, iclasın ikinci hissəsinə Çingiz Qənizadə sədrlik edib.
İclasda, həmçinin Hüquq məsələləri komissiyasının 4-cu toplantısının bu ilin ikinci yarısı Qırğızıstanda keçirilməsi qərara alınıb. TÜRKPA-nın növbəti tam tərkibli plenar iclası isə bu ilin iyun ayında Bakıda keçiriləcək.
Nərgiz