Alimlər insanların bir-birini sevməsi üçün nə qədər vaxt lazım olduğunu hesablayıblar.
Teleqraf.com xəbər verir ki, neyrobioloqların yeni araşdırmalarına görə insanın qarşı cinsə aşiq olması üçün təxminən 303 millisaniyə gərəkdir.
Bunlardan 244-ü onların gender mənsubluğunu aydınlaşdırmağa, 59-u isə onun bəyənib-bəyənmədiyini aydınlaşdırmağa sərf edilir.
Ümumi hesabla aşiq olmaq üçün ortalama 3 saniyə tələb olunur.
Almaniyanın Bamberq universitetinin alimi Klaus Kristian tələbələr arasında sorğu keçirərək onlara 100 foto göstərib. Tələbələr isə qarşılarındakıları incələyərək fikirlər bildiriblər.
“Hər bir tələbə fərqli seçimlər edirdi. Cəzbedici hesab etdiklərinə beyinləri dərhal reaksiya verir” – deyə alman alim öz açıqlamasında qeyd edib.