24 Sentyabr 2018 16:19
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daim sosial şəbəkədə tənqidi statusları ilə seçilən müğənni Nura Suri ənənəsinə sadiq qalıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı bu dəfə Azərbaycanda film çəkən rejissorlara səslənib.

O, filmlərdə qadınları tənqid edənləri qınayıb: “Serial və ya film çəkəndə, hətta komediya janrı olsa belə, diqqətli olun. Azərbaycan xanımını həyasız, ağılsız, hiyləgər yox, güclü, fədakar, mərhəmətli və saf göstərin.

Millətimizə hörmət qoyun. Azərbaycan kişisini ağıllı, mərd, cəsarətli, mərhəmətli və səxavətli təsvir edin. Milləti alçaltmayın”.


Müəllif: Aygül Qarayeva