İngiltərədə aparılan bir araşdırmada məlum olub ki, insanlar hər ötən il seksə daha az vaxt ayırırlar.
Bu araşdırmada 15 min adam iştirak edib. Araşdırmanın nəticələri əvvəlki illərdə eyni mövzuda aparılan araşdırmanın nəticələri ilə müqayisə edilib. Məlum olub ki, 10 əvvəl 16-44 yaş arasında insanlar sekslə ayda təqribən 15 dəfə məşğul olublar. İndiki araşdırmanın nəticələrinə görə, insanlar sekslə bir ayda 6-7 dəfə məşğul olurlar.
Modern həyat libidonu azaldır
Araşdırmanı aparanlar bildirib ki, modern həyat libidonu azaldır. London Kollecinin professoru Cath Merker bildirib ki, insanlar işlərindən dolayı, seksə daha az vaxt ayırırlar. “Bunun səbəbi müasir texnologiyadır. İnsanlar mobil telefonları, İPad-ları və başqa cihazları yataq otaqlarına soxur. Gecəni əllərində telefonla sosial şəbəkələrdə dostlarına cavab verməklə keçirirlər.
Cath Merker araşdırmanın nəticələrində onu da vurğulayıb ki, “Ola bilsin ki, 16-44 yaş arasındakı insanlar seks yerinə pornoqrafiya izləməyə üstünlük verirlər” .
Britaniyalı alimlər müasir qadınların 50 il əvvəlkilərlə müqayisədə sekslə dəfələrlə az məşğul olduğunu da bildiriblər. Tədqiqat nəticəsində məlum olub ki, 50 il əvvəllə müqayisədə indi tənha, üstünlüyü işə və karyeraya verən xanımların sayı daha çoxdur. Onlar ev işləri ilə də daha az məşğul olur. Seks bu qadınlar üçün əhəmiyyətinə görə sonuncu yerlərdən birini tutur.
Tədqiqatçılar hesab edirlər ki, 50 il əvvəl qadınların sekslə daha çox məşğul olmalarının səbəbi o zaman əksər xanımların evdar qadın olması ilə bağlı idi: “50 il əvvəl qadınlar orta hesabla 24 yaşında ərə gedir, 25 yaşında ana olurdu. İndi isə bu yaş həddi müvafiq olaraq 28-29-dur. 40-50 il əvvəl qadınlar daha çox ərlərinin istəklərini yerinə yetirməyə çalışırdısa, indi ərin işdən gəldiyi vaxtda dodaqlarına boya çəkən xanımların sayı belə, rekord həddə azalıb”.
Araşdırmanın digər nəticələri isə belədir:
İngiltərədə hər 6 qadından biri istəmədən hamilə qalır.
Cinsəl istəksizlik ən çox rast gəlinən problemlərdən biridir. Bu problemdən təkcə qadınlar deyil, kişilər də əziyyət çəkirlər.
Əvvəllər mavi və lezbiyanlara qarşı münasibət çox sərt idi. 2000-ci ildən bu tərəfə isə cəmiyyətin onlara qarşı münasibəti dəyişib. Yəni, artıq normal hal hesab edilir.
Anketdə daha xoşagəlməz nəticə əldə edilib. Belə ki, müasir dövrdə cütlüklər bir-birinə daha çox xəyanət edirlər.
/tabloid.az/