26 Sentyabr 2018 17:14
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Türkiyə qurtuluş savaşının iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Məmməd Qazax haqqında məqalə yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, məqalədə deyilir: “O, əvvəl Gülməmməd Gülməmmədov adı ilə Azərbaycan Cümhuriyyəti ordusunun 3-cü süvari alayında zabit olaraq xidmət edib. Türkiyəyə mühacirət etdikdən sonra ad və soyadını Məmməd Qazax olaraq dəyişib”.

Məqalədə qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, məqalə tanınmış tədqiqatçı Orxan Cəbrayılın araşdırması əsasında hazırlanıb.

Bu linkə daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz.

https://az.wikipedia.org/wiki/M%C9%99mm%C9%99d_Qazax


Müəllif: Aytən Yusifova