28 Sentyabr 2018 19:45
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə prezidentin 2016-cı ilin 1 sentyabr tarixli fərmanı ilə turizmçilərin peşə bayramı kimi qeyd olunmağa başlayıb.

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, proqnozlar və ilk altı ayın statistikası göstərir ki, ölkəyə gələn turistlərin sayında 9.1 faiz artım var, bu isə milyon yarım turist deməkdir: “Nəzərə alsaq ki, iyul, avqust, sentyabr ayları hələ hesablanmayıb, ilin axırına doğru daha pozitiv rəqəmlərin şahidi olacağıq. Bu da onu göstərir ki, viza rejiminin sadələşməsi, avia-uçuşlar sahəsində islahatlar, eyni zamanda ucuz avia-kampaniyaların ölkəyə gəlməsi, ölkədaxili və ölkəxarici beynəlxalq tədbirlərdə iştiraklar öz təsirini göstərməkdədir.

Kadr məsələsinin həllini tapması, Bakı, Abşeron daxil olmaqla regionlarda mehmanxanaların, obyektlərin sayının artması, müxtəlif çeşidli turizm marşrutlarının hazırlanması ilə güman edirik gələcəkdə də bu artım davam edəcək.

Yay turizminin sonuna gəlsək də biz 365 günü əhatə edən sağlamlıq turizmdən danışırıq ki, bu da il boyu turizmi aktual edir. Sağlamlıq turizmi mövsümi xarakter daşımır deyə payız fəslində də bu turizmə maraq göstərənlər çoxdur.

Həm də sağlamlıq turizmində gecələmə sayı müalicəyə görə digər turizm növlərinə görə daha uzundur. Bu turizm sahəsi üçün Azərbaycana 70-dən çox ölkədən turist gəlir”.

Ruslan Quliyev deyib ki, keçən ilə görə turizmə maraq artıb: “İldən-ilə coğrafiya genişlənir, ilk növbədə qonşu dövlətlər, körfəz ölkələri, Çin Hindistan, Pakistan daha çox gəlməyə başlayıb. Sonra bura Qərbi, Şərqi Avropa ölkələrini, Türkiyə və başqa ölkələri də əlavə etmək olar”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər