21 Avqust 2014 13:17
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Corc Buş da ALS virusundan əziyyət çəkən xəstələr üçün təşkil olunan kampaniyaya qatılıb.

Buş bir çox məşhurlar kimi başına buzlu su tökdürüb. Keçmiş prezidentin başına bir vedrə buz ilə qatışdırılmış suyu həyat yoldaşı Laura Buş tökür. Bundan sonra isə eks dövlət başçısı estafeti digər eks prezident Bill Klintona ötürüb və ona bu işdə motivasiya da verib.

Qeyd edək ki, aksiyada artıq məşhur futbolçular Neymar və Kristiano Ronaldo, aktyorlar Cim Parsons və Robert Dauni, müğənni Cenifer Lopez, Castin Biber, Selena Qomez və digərləri, Facebook-un yaradıcısı Mark Zukerberq və Microsoft-un qurucusu Bill Qeyts də yer alıb.

/anspress/


Müəllif: