Səyyar ASAN xidmət oktyabr ayında bir neçə rayonda fəaliyyətini davam etdirəcək.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, ASAN 3 sentyabr-2 oktyabr tarixlərdə İmişli, Xaçmaz, Lənkəran, Ağcabədi, İsmayıllıda, 21 sentyabr-2 oktyabrda Dəliməmmədli şəhərində, 21 sentyabr-5 oktyabrda Masazırda, 26 sentyabr-15 oktyabrda Göyçayda, 1-15 oktyabrda Ağstafada, 3-17 oktyabrda Sahil qəsəbəsində, 6-25 oktyabrda Hacıqabulda, 6 oktyabr-3 noyabrda Tovuzda, 5 oktyabr-3 noyabr Xudatda, 6-20 oktyabr Cəlilabad və Ağdamda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.