1 Oktyabr 2018 13:35
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər qanunlar var. Lakin onların təkmilləşdirilməsinə ehtiyac duyulur.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib.

Komitə sədri deyib ki, ölkədə bələdiyyə üzvlərinin sayı həddindən artıq çoxdur:

“Dünya təcrübəsinə əsasən götürsək, heç bir ölkədə bu qədər bələdiyyə təmsilçisi yoxdur. Azərbaycanda ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Burada 1 nəfərin olması kifayətdir. Bir dairədən 1 millət vəkili olur, lakin 200-300-dən artıq bələdiyyə üzvü seçilir. Hesab edirəm ki, biz bunu təkmilləşdirməliyik. Bu, onların iş fəaliyyətinə də xeyli təsir edəcək”.

Komitə sədri çıxışı zamanı Azərbaycanda yas və toy mərasimləri ilə bağlı qanunların təkmilləşdirilməsinə ehtiyac olduğunu dilə gətirib:

“Düzdür, bu mərasimlər xalq tərəfindən müəyyənləşdirilir. Amma bunların qanunla tənzimlənməsinə ehtiyac var. Hansısa tövsiyələrlə bunun tənzimlənməsi mümkün deyil. Belə halda nəticə əldə edilmir. Çünki oradan vəsait qazanan insanlar buna imkan vermirlər. Bu baxımdan mərasimlərin tənzimlənməsi istiqamətində konkret qanun qəbul etməliyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər