1 Oktyabr 2018 17:56
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən görmüşük ki, pul qazanılan şeydən vergi verirlər. Tutaq ki, Azərbaycanda kinonun çəkilməsi üçün 1 milyon 500 min manat pul ayrılır. Amma o pul gəlib çatmamış Vergilər Nazirliyi onun 300 min manatını tutur.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Aqil Abbas bildirib.

Deputat deyib ki, bu yaxınlarda Şuşanın musiqi və kolleci Sumqayıt regional idarəsi ilə birləşdirilib: “Yəqin, daha bizə Şuşa lazım deyil də... Bu birləşdirmə nəticəsində 260 nəfərə ixtisara düşüb. Kitabxana sistemi ixtisara düşüb. Ta kitab oxumaq lazım deyil, camaat seriala baxacaq. Sumqayıtın bu idarələrin Şuşaya birləşdirərdilər, Şuşaya qiymət verərdilər də”.

A.Abbas qeyd edib ki, yaxın vaxtlarda Stepanakertin 95 illik yubileyinə bir sıra xarici qonaqlar gəlib: "Təbii ki, Xarci İşlər Nazirliyi onları qara siyahıya salacaq. Bizim Xarici İşlər Nazirliyinin ürəyi genişdir. Çünki, Qarabağa səfər edənləri üzürxahlıq edəndən sonra əfv edir...”.


Müəllif: Cavad

Oxşar xəbərlər