2 Oktyabr 2018 13:34
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı meriyasında inventarlaşma və yoxlamalara başlanılıb.

BŞİH-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun sərəncamına əsasən Şəhər İcra Hakimiyyətində inventarlaşma işlərinin aparılması ilə bağlı Komissiya yaradılıb.

Yoxlamalar İcra Hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq.

Qeyd olunmalıdır ki, inventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir.

Xatırladaq ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürovun adı mediada tez-tez hallanır. Sonuncu dəfə o, qızına bahalı toy keçirməklə gündəmə gəlmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər