4 Oktyabr 2018 23:49
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni şəxs təyin edilib.

Teleqraf.com Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Leyla Yaşar qızı Abdullayeva təyin olunub.

L.Abdullayeva 2002-ci ildən Xarici İşlər Naziriyində çalışır. O, XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər