5 Oktyabr 2018 18:43
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazarlar sosial şəbəkədə yeni kampaniyaya başlayıblar.

Kampaniya təşkilatçılarından Teleqraf.com-a verilən məlumata görə, aksiyada əsas məqsəd kitabdan uzaq düşmüş oxucuları gənc yazarların yaradıcılığına yönəltməkdir.

Təşkilatçılar kampaniya ilə bağlı yaxın vaxtlarda yekun açıqlama yayacaqlarını bildiriblər.

Artıq dünəndən başlayaraq, sosial şəbəkədə ədəbiyyat adamları və oxucular #heryeredebiyyat haştaqı ilə paylaşımlar edirlər. Paylaşımların hamısı vahid mətndən ibarətdir. Aksiyada iştirak edənlər kamera qarşısında eyni mətni səsləndirib sözügedən haştaqla paylaşırlar.

Kampaniyanın əsas mətni belədir: “Ədəbiyyat həyatdan maraqlıdır. Müasir yazarlar sizin üçün yeni bir dünya yaradıb. Həyatınızı dəyişmək istəyirsinizsə, sizi bu dünyaya dəvət edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər