5 Oktyabr 2018 17:50
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstantin Zatulin hər zaman Ermənistanın tərəfdarı olub və Azərbaycana qarşı ermənilərin istədiyi bütün ifadələri səsləndirib. Ona görə də Zatulinin hərəkətlərində mən hansısa yeni bir şey görmürəm.

Bunu Teleqraf.com-a açqılamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O qeyd edib ki, Dövlət Dumasının komitə sədrinin müavini yenə də Azərbaycana qarşı düşmənçilik hisslərini büruzə verib:

“Zatulin hər zaman Azərbaycan-Rusiya münasibətlərini hər zaman pozmağa çalışıb. Ancaq mən inanmıram ki, o hansısa nəticəyə nail ola bilsin. Azərbaycan-Rusiyanın konkret çoxşaxəli əməkdaşlığı var. Rusiya Prezidenti və Azərbaycan dövlət başçısı bu münasibətlərin yüksək səviyyəsini dəfələrlə qeyd ediblər. Ona görə də mənə elə gəlir ki, Zatulin Ermənistanın adamı olduğu üçün məhz bu münasibətləri pozmağa yönəlmiş iş aparır. Onun söylədikləri həqiqətdən uzaqdır”.

A.Mollazadə əlavə edib ki, K.Zatulinin səsləndirdiyi sözlər ermənilərin sözüdür və onlar bunu dəfələrlə deyiblər:

“Bunu Ermənistanın əvvəlki hərbi-cinayətkar rejiminin rəhbərləri dəfələrlə danışıblar. Sərkisyan, Köçəryan da belə deyirdilər. Ancaq onların aqibətinin necə olduğunu hamımız gördük”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Azərbaycanla bağlı xoşagəlməz fikirlər səsləndirib. O iddia edib ki, əgər Dağlıq Qarabağda müharibə başlasa, bu, Azərbaycanın dağılması ilə nəticələnə bilər. Daha sonra iddia edib ki, Azərbaycanın siyasəti sənədlərdən fərqlidir. Onun bu fikirləri haqlı qınağa səbəb olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər