8 Oktyabr 2018 17:55
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Biləsuvar gömrük-keçid məntəqəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında görüş olub.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Tanışlıq xarakterli görüş İran tərəfinin dəvəti əsasında baş tutub.

Azərbaycanı DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsi "Biləsuvar" gömrük postunun rəisi Ceyhun İbrahimovun, İranı isə bu ölkənin "Biləsuvar" gömrük-keçid məntəqəsinin rəhbəri Davər Arəngin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib.

Görüşdə iki ölkənin dostluq münasibətlərinin son illər səmərəli əməkdaşlıq müstəvisində inkişaf etdiyi, ölkələr arasındakı iqtisadi münasibətlərin gücləndiyi, ticarət dövriyyəsinin artdığı bildirilib. Qeyd olunub ki, hər iki ölkənin strateji baxımdan beynəlxalq ticarət marşrutları üzərində yerləşməsi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə təkan verir.

Tərəflər beynəlxalq ticarətin asan və sürətli şəkildə aparılmasını, eləcə də nəqliyyat vasitələrinin və şəxslərin gömrük sərhədindən sürətli və maneəsiz keçidini təmin etmək məqsədilə gömrük orqanlarının gördüyü işlərə toxunub və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər