Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə Daxili İşlər naziri Ramil Usubov arasında görüş keçirilib.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, ikitərəfli münasibətləri inkişaf etdirmək məqsədilə baş tutan görüşdə tərəflər əməkdaşlıq, təhlükəsizlik və miqrasiya məsələləri ətrafında müzakirələr aparıblar.
Səfir Rodriqo Labardini rəhbərlik etdiyi diplomatik nümayəndəliyin hər iki xalqın yaxınlaşması və ikitərəfli münasibətlərin inkişafına yönəlik fəaliyyətindən söz açıb.
Tərəflər Meksika-Azərbaycan ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək əlaqələrin genişlənməsini vacibliyini vurğulayıblar.