Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Teleqraf.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələrinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əzizov Qurban Alduz oğluna tanışı Bakı şəhər sakini Abbasov Elşən Arif oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman idman ayaqqabısının içərisində gizlədilmiş 1 ədəd Ukrayna istehsalı olan “TEPEH-1” markalı gözyaşardıcı qaz balonu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.