Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 26 dini icmaya şəhadətnamələr təqdim edilib.
Dövlət Komitəsinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkədəki dövlət-din münasibətlərindən bəhs edib.
Çıxış edən Şamaxı rayonu Dəmirçi kənd məscidi dini icmasının sədri Nəbi İsgəndərov vətəndaşların vicdan azadlığının yüksək şəkildə təmin olunması üçün yaradılan şəraitdən, dini sahəyə göstərilən qayğıdan məmnunluğunu ifadə edib.
Sonda qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.