9 Oktyabr 2018 14:22
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat Nazirliyi, Məhkəmə-Hüquq Şurası və Mədəniyyət Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq olaraq 2018-ci il 20 avqust, 27 avqust və 5 sentyabr tarixlərində elan edilmiş daxili müsahibələr başa çatıb.

Dövlət İmtahan Mərkəzindən(DİM) Teleqraf.com-a verilən məlumata görə müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş 22 namizəddən 20 nəfəri vəzifəyə uyğun bilindiyi halda, 2 namizəd lazımi keçid balını toplaya bilməyib.

Elan çərçivəsində müsahibəyə təqdim olunan ən yüksək vəzifələr İqtisadiyyat Nazirliyinin Aparatında şöbə müdiri və sektor müdiri, Mədəniyyət Nazirliyinin Aparatında isə şöbə müdirinin müavini və sektor müdiri vəzifələri olub.

Qeyd edək ki, ümumilikdə, müsabiqəyə təqdim olunmuş 12 vakant dövlət qulluğu vəzifəsindən 11 vəzifəyə 22 namizəd uyğun bilinib, 1 vəzifəyə isə heç bir namizəd uyğun hesab olunmayıb.


Müəllif: Aytən

Oxşar xəbərlər