9 Oktyabr 2018 19:44
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ nümayəndə heyəti Energetika Nazirliyində olub.

Energetika Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin yeni təyin olunmuş müşaviri Corc Kentin başçılıq etdiyi nümayəndə heyəti ilə nazir Pərviz Şahbazovun görüşündə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib.

Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə, o cümlədən “Cənub Qaz Dəhlizi”nin reallaşmasına ABŞ-ın davamlı dəstəyi yüksək qiymətləndirilib. Layihənin Cənub-Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında rolu və növbəti mərhələdə “Cənub Qaz Dəhlizi”nin genişləndirilmə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. C.Kent enerji mənbə və marşrutlarının diversifikasiyası siyasətində Azərbaycanın vacib rol oynadığını deyərək, ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı layihələrə mövqeyinin dəyişməz olduğunu qeyd edib.

Energetika naziri “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı son vəziyyət barədə məlumat verərək bildirib ki, layihənin əhəmiyyəti Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlərdə də ifadə edilib.

Nazir neft-qaz sahəsində uğurlu təcrübənin bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də tətbiqinin nəzərdə tutulduğunu və bu istiqamətdə mühüm işlərə başlandığını diqqətə çatdırıb.

Görüşdə bərpa olunan enerji mənbələrindən istifadə və elektroenergetika sektorunda aparılan islahatlar üzrə əməkdaşlığın təmin edilməsi üçün zəruri tədbirlər, eləcə də qlobal enerji bazarında cərəyan edən proseslərlə bağlı müzakirələr aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər