10 Oktyabr 2018 10:23
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğal olunmuş ərazilərimizin qaytarılması istiqamətində beynəlxalq birliyin ikili standartları haqq-ədalətin bərpasında əsas əngəllərdən biridir. Buna baxmayaraq, xalq olaraq çalışırıq ki, torpaqlarımız tezliklə işğaldan azad olunsun.

Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı həmişə Qarabağ məsələsində bütöv və yekdil mövqe ortaya qoyub:

“Lakin bir sıra daxili siyasi qüvvələrin Qarabağ ətrafında oynadıqları oyunlar ümidsizlik yaradır. Eyni zamanda, ölkədə bir qrup siyasi cəhətdən tükənmiş şəxslərin Qarabağ məsələsindən istifadə edərək, yenidən siyasi səhnəyə can atması qəbuledilməz hal kimi xəyal qırıqlığı yaradır və bir daha vətəndaşların belə bir ümumilli mitinqlərə qarşı inamsızlığına səbəb olur.

Keçirilən Qarabağ mitinqində siyasi şüarların səslənməsi bu mitinqin artıq Qarabağa aid olmadığının göstəricisidir. Təşkilatçılar yaxşı olardı ki, öz ətraflarından bu mitinqdən istifadə edən köhnə və etimadını itirmiş siyasiləri uzaqlaşdırsın. Çünki bu mitinqdə elə şəxslərə tribunada yer verildi ki, irəli sürülən şüarlar artıq mahiyyətindən kənara çıxır”.

Məhəmməd Əsədullazadə hesab edir ki, silsilə olaraq keçirilməsi nəzərdə tutulan bu mitinqlər uğurlu olmayacaq: “Birinci mitinq bütün kartları ortaya qoydu”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər