Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib.
Teleqraf.com bildirir ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Hüseyn İbrahimov, ilahiyyatçı ekspert Rövşən Nəzərov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri və dindarlar iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov İmişli rayonunda dini-mənəvi dəyərlərin təbliği və bu sahədə görülən işlər barədə məlumat verib.
Tədbirdə çıxış edən ilahiyyatçı ekspert Rövşən Nəzərov şəhidliyin İslam
dinindəki mahiyyəti haqqında məruzə edib. Ekspert dini maarifləndirmə və radikalizmlə mübarizənin əhəmiyyətindən də bəhs edib.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov islam dinində şəhidlik, eləcə də Məhərrəmlik ayı bağlı öz fikirlərini bölüşüb.