10 Oktyabr 2018 20:51
1 339
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə mühacir həyatı yaşayan hüquqşünas Qurban Məmmədovun rəhbəri olduğu "Azerifreedom" internet kanalı Amerikada yaşayan jurnalist Sevinc Osmanqızının şikayəti əsasında bağlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Q.Məmmədovun özü sosial şəbəkədə məlumat verib.

Hüquqşünas S.Osmanqızına şikayətini geri götürmək üçün üç saat vaxt verib: "Əziz həmvətənlər, Sevinc Osmanqızının şikayəti əsasında "Azerifreedom" kanalının canlı yayımı durdurulub. Sevinc Osmanqızı, məndən izinsiz şəklimi və səs yazımı, həm də natamam versiyada efirinizdə səsləndirmisiniz. Mən də sizin bu hərəkətinizə uyğun cavab vermişəm və mənim şəxsimə yönəlmiş bu jurnalistika əxlaqına uymayan davranışınıza cavab vermişəm.

Kanala etdiyiniz şikayəti geri götürməyiniz üçün sizə 3 saat vaxt verirəm. Əgər bu gün canlı yayımı bərpa etməsələr və mən canlı yayımda olmasam, özünüzdən küsün".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər