11 Oktyabr 2018 00:57
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Bakı filialı bu gün “Azərbaycan Respublikasında insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət dəstəyi” mövzusunda tədbir keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirdə müxtəlif ictimaiyyət və elm xadimləri, professor-müəllim heyəti, ekspertlər, ziyalılar, müxtəlif QHT nümayəndələri, KİV-lər, TÜRK PA-dan olan nümayəndələr və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasında insan hüquqlarının təşəkkül və inkişaf tarixi, bu sahədə həyata keçirilən islahatlar, beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində qəbul, ratifikasiya və implementasiya edilən qanunlar, əldə olunan təcrübə barədə geniş müzakirələr aparılmış və MDB PAA DİMBİ Bakı filialının hazırladığı broşuralar iştirakçılara paylanılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər