22 Avqust 2014 10:35
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müxtəlif bölgələrdə 118 əlil və şəhid ailəsini mənzillə təmin edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hazırda ƏƏSMN-nin sifarişi ilə Goranboy, Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evlərinin tikintisi işləri aparılır. İlin sonunadək həmin çoxmənzilli yaşayış evlərinin Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulur. Mənzillər nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) ictimaiyyətə açıqlanan növbəlilik siyahısı əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, cari ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş əlil və şəhid ailələri 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunacaq.

Naibə


Müəllif:

Oxşar xəbərlər