Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-131 saylı 22.09.2016-cı il tarixli icra sənədinə əsasən jurnlaist Elbəyi Həsənli tərəfindən teleqraf.com saytında "Müsavatın yeni rəhərliyinin mühacirət biznesi - qorxunc rəqəmlər, saxtakarlıq, sevgililər..." başlığı altında gedən məqalədə verilən məlumatlarla bağlı təkzib verilməsi qət olunub.
Teleqraf.com xəbər verir ki, Həsənov (Həsənli) Elbəyi Oruc oğlu məhkəmənin qətnaməsinə müvafiq olaraq həmin məqalədə səsləndirilən məlumatların təkzib etdiyini bildirir.