13 Oktyabr 2018 01:53
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - çətin, qarışıq gündür. Tapşırıqlarla sifarişlərin sayı artacaq. Tərəfdaş və ya şəriklərdən biri dəyişəcək. İşdə rəhbərliklə kəskin mübahisələr etməyin. Bilik və bacarıqlarınızı artırın.

Təcrübənizdən yararlanın. Günün ikinci yarısında peşəkar məziyyətlərinizi zənginləşdirin. Həddən artıq təşəbbüskar olmayın. Situasiyanı adekvat dəyərləndirin. İdeyalarınızın dərhal anlaşılacağına, dəstəklənəcəyinə ümid etməyin. Axşam saatları mühüm görüş üçün əlverişli deyil.

Buğa - əvvəlcədən hazırladığınız plana riayət edin. Qəfil təkliflərə aldanmayın. Avantüralar deyilənlərin tam tərsinə olaraq, gəlir vəd etmir. Nizamsız fəaliyyət uğurlarınızı heçə endirə bilər.

Günün ikinci yarısında yeni sifarişin icrasına və ya layihənin reallaşdırılmasına başlamaq olar. Gərəkli nəticəni əldə etmək üçün aktiv olun. Cədlərinizin effektiv alınması üçün proseslərlə bağlı mümkün qədər çox məlumat toplayın.

Yaxşı tanımadığınız insanlara etibar etməyin. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım edəcək.
Hisslərin etirafına tələsməyin.

Əkizlər - səhər saatları harmonikdir. Qarşıya qoyduğunuz məqsədə çatmaq üçün mövcud imkanlardan və münasib vasitələrdən istifadə edin. Kənar təsirlər işinizdə fəsadlar yarada bilər.

Günün ikinci yarısında şübhə, narahatlıq, təşviş yaranacaq. Bədbinliyə qapılmayın. Daşınmaz əmlak və maliyyə məsələləri axşam saatlarında narazılıq, qıcıq yaradacaq. Qohumlarınızın eqoist davranışlarına sinirlənməyin.

Xərçəng - intuisiyanıza güvənin. Hərdəmxayal olmayın, illüziyaları reallıq saymayın. Cari şəraitin diqtə etdiyi məsələlərin həllini ləngitməyin. Çətinlikləri aradan qaldırmaq üçün təxirəsalınmaz, təcili qərarlar verin.

Günün ikinci yarısında vədlərinizi və öhdəliklərinizi unutmayın. Rutinlikdən qurtulmaq üçün kreativ ideyalardan faydalanın. Axşam saatlarında hisslərə qapılaraq emosiyaların əsrinə çevrilməyin. Fikirlərinizi daha aydın şəkildə izhar edin.

Şir - yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz.

İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.

Qız - işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın. Mübahisələrin konstruktiv məcrada olmasına çalışın.

Gün bol sürprizlər vəd edir. Hadisələrin axarı pozitiv və ya mənfi ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.

Tərəzi - hadisələri tələsdirməyin, tam formalaşmamış situasiyalara kobud müdaxilələr etməyin. İşləri tez başa vurmaq üçün mütəxəssislərin yardımlarından istifadə edin. Yaxşı çalışsanız, gəlirləriniz pis olmayacaq.

Günün ikinci yarısında işgüzar təmaslarda sakit, soyuqqanlı olun. Diplomat təki davranın. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var. Görəcəyiniz işin ödənişini istəyəndə məbləği realistcəsinə formalaşdırın. Gərgin vəziyyətdə emosiyalarınıza hakim olun.

Əqrəb - yetərincə sakit zamandır. Çox enerji tələb edən işin icrasına başlamazdan əvvəl imkanlarınızı, potensialınızı olduğundan artıq saymayın. Qüvvənizin bəs edəcəyi işlə məşğul olun. Prosesin aralıq mərhələsində yaşam tonusunuzun azaldığınızı hiss edəcəksiniz.

Günün ikinci yarısında ailədəki gərgin durum əsəblərinizi tarıma çəkə bilər. İşgüzar fəallığınızı artırın.
Axşam saatları romantik anlar vəd edir.

Oxatan - risklərdən qorxmayın. Eksperimentlərə başlamaq olar. Cəsur addımlar atın. Amma avantürist olmayın, tələsik qərarlar verməyin. Məqsədə çatmaq üçün mövcud şəraitin imkanlarından istifadə edin. Rəqibləri üstələmək üçün bütün vasitələrə əl atın.

Günün ikinci yarısında tərəfdaş və şəriklərlə kollektiv fəaliyyət uğur vəd edir. Mübarizə sərtləşəcəyindən diqqətli davranın. Həddən artıq risk etsəniz, malik olduğunuzu itirə bilərsiniz.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq - gərgin, hadisələrin əvvəlcədən təxminlənməsinin çox çətin olacağı gündür. Yeni sifariş və ya tapşırıq xeyli vaxtınızı ala bilər. Problemlərin həlli üçün kimsədən yardım gözləməyin. Köməyə bel bağlamayın.

Günün ikinci yarısında indiyədək qazandığınız təcrübələr karınıza gələcək. Karyera müstəvisində irəliləmək üçün soyuqqanlı, təmkinli qərarlar qəbul edin.

Müzakirələr və sənədləşdirmə işləri üçün əlverişli zaman deyil. Borc istəyənə pul verməyin.
Axşam saatlarında pozitiv olun.

Dolça - məşğuliyyət istiqamətini seçərkən hisslərə əsaslanaraq qərar verməyin. Rasional, soyuqqanlı, praqmat olun. Həddən artıq fiziki qüvvə və vaxt tələb edən işi müvəqqəti təxirə salmaq mümkündür.
Daha çox gəlir əldə etməyə can atın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla məsləhətləşəndən sonra layihəni icra etməyə, sifarişi yerinə yetirməyə başlayın. Əlavə təmaslara meylli olmayın. Həlli təcili olmayan problemin çözülməsini sabaha saxlayın.

Axşam saatlarına tanımadığınız yerə təkbaşına yollanmayın.

Balıqlar - ətrafınıza diqqətlə nəzər salın. Baş verənlər diqqətinizdən yayınmasın. Avantüralara, risklərə qatılmayın. Təxribatlara aldanmayın. Mövcud qaydalara riayət edin, qanunları pozmayın.

Günün ikinci yarısında fəaliyyətinizdə ciddi səhvə yol verməmək, düşünülməmiş addımlar atmamaq üçün tələskən olmayın. Rəqibləriniz pusquya yatıblar, ehtiyatlı davranın.

Opponentlərlə təmaslarda mövqelərinizdən geri çəkilməyin. Axşam saatları aqressiya və ya manipulyasiyalar üçün deyil.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər