Badamdar 20-ci sahədə baş verən sürüşmə zonasında uçqunlar yaranıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan məlumata görə gərginlik davam edir:
“Sürüşmə kütləsi üzərində qismən dəyişiklik baş verib. Sürüşmə kütləsi üzərində asılı vəziyyət də olan torpaq kütlələrində xırda uçqunlar baş verir”.
13:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 12:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, sürüşmə zonasında müşahidələr davam etdirilir. Saat 12:00-a olan məlumata görə sürüşmə kütləsi üzərində dəyişikliklər qeydə alınmayıb.