17 Oktyabr 2018 13:01
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilib.

FHN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulayıb.

Xatırladaq ki, 7-11 oktyabr 2018-ci il tairixində Serbiya Respublikasında Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarəolunması Mərkəzi və Serbiya Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə fəlakətlərin nəticələrinin idarə olunması sahəsində “Serbiya-2018” təlimi keçirilib.

Təlimdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsi uğurla iştirak edib.


Müəllif: Teleqraf.com